Narkomaniyaya yox deyək !
Məktəbin şagirdləri " Narkomaniyaya son qoyaq " adlı rəsm işlərini nümayiş etdirdillər. Məktəb kitabxanasında dəyirmi masa təşkil olunmuşdur. Şagirdlər dövrün bəlası haqqında esse yazılarını müzakirə etmişlər. Narkomaniyaya aid videoçarx göstərilmişdir
Mövzunun davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 44 saylı tam orta məktəbdə " Narkomaniyaya yox deyək ! " adlı silsilə tədbir keçirildi. Tədbirdə məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə, məktəbin psixoloqu Qurbanova Zenfira iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşı narkomaniya haqqında ətraflı məlumat verdi. Nəsimi Rayon Polis idarəsinin əməkdaşının çıxışında dövrün bəlası ətraflı izah edildi.