"Xalq üçün döyünən ürək-100 il"
Mayın 8-də məktəbdə "Xalq üçün döyünən ürək-100 il" adlı konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət Himni ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbin kitaxana müdiri Useynova Zenfira bildirmişdirki, Ümümmilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyası lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə məktəbin ibtidai və yuxarı sinif şagirdləri şeirlər söyləmiş ,video -çarxlar göstərilmiş, H.Əliyevin həyat və keçdiyi məşəqqətli həyat yolundan maraqlı maarifləndirici təqdimatlar hazırlamışlar. Konfransda Ü.Hacıbəyli və S.Vurğunun ev muzeylərinin əməkdaşları, MKS-nın müdiri Nərmin xanım, F.Köçərli adına kitabxananın nümayəndələri və başqa qonaqlar da iştirak etmişlər. Onlar da mövzu ilə bağlı çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin xarici və daxili siyasətindən danışmışlar. Sonda S.Vurğunun "Azərbaycan" şeirini tədbir iştirakçıları tərəfindən böyük həvəslə söyləmişlər.