OCEP layihəsi çərçivəsində tədbir keçirilmişdir

  OCEP layihəsi çərçivəsində məktəbdə tədbirlərimiz davam edir. Məktəbimizin müəllim, şagird kollektivi 2019-cu ildən etibarən Azərbaycan və Çexiya dostluğuna aid maraqlı, maarifləndirici tədbirlər keçirirlər. 

  Tədbirlər hər iki dövlət himni ilə başlayır. Çexiya dövlətini təmsil etdiyimiz üçün şagirdlərimiz bu ölkənin milli adət-ənənələrini, tarixini, mədəniyyət və incəsənətini, coğrafiyasını ətraflı və dolğun slaydlar vasitəsilə nümayiş etdirirlər. Rəngarəng rəqslər, çex dilində oxunan mahnılar, söylənilən şeirlər hamının diqqətini cəlb etmişdir. Tanınmış çex yazıçısı Y.Haşekin 140 illik yubileyinin qeyd olunduğundan da söhbət açılmış, kitab sərgisi nümayiş etdirilmişdir.                                                                                                                                       

  Şagirdlər 2023-cü ilin "Heydər Əliyev ili" olduğunu vurğulamış, Ulu Öndərin siyasətindən, müstəqil Azərbaycanın uğurlarından və əzəmətli qələbəmizdən danışmışlar. Belə tədbirlərin keçirilməsi Şərq və Qərb ölkələri arasında qırılmaz dostluq münasibətlərinin həyata keçməsinə bariz nümunədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi