OCEP layihəsi çərçivəsində tərəfdaş Çexiya ölkəsinin nümayəndələri ilə görüş keçirildi

  OCEP layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlər davam edir. Məktəbin İngilis dili müəllimi Ruqiyyə Salayeva açıq dərsdə Çexiya və Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.Tədbirdə Çexiyanın milli mədəni abidələri, tarixini əks etdirən tərtibat, Çexiya haqqında təqdimat, şagirdlər arasında maraqlı dialoq şəklində keçirilmişdir. Açıq dərsdə 7,8,9 cu sinif şagirdləri ingilis dilində Çexiya haqqında müxtəlif xarakterli maarifləndirici, maraqlı məlumatlar əldə etdillər. Şagirdlərin hazırladıqları təqdimat izləndi. Onlar eyni zamanda qarşılıqlı ünsiyyət zamanı ingilis dili fənni üzrə sərbəst danışıqlarını nümayiş etdirdilər, onları maraqlandıran suallara cavab tapdılar. Şagirdlərin Çexiya haqqında kifayət qədər məlumatlı olması qonaqların xüsusi marağına səbəb oldu. Sonda xatirə fotosu çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi