Təhlükəsiz məktəb

  Aprelin 4-də  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Namiq Axundov adına məktəbin V, VI sinif şagirdləri ilə "Əməyin mühafizəsi haqqında məlumatlandırmanın artırılması", "PİLOT SOSİAL LAYİHƏSİ" çərçivəsində"Təhlükəsiz məktəb" şüarı ilə bir neçə modul üzrə maarifləndirici iş apardılar. Şagirdlərə təhlükəsiz məktəb, təhkükəsiz əmək, təhlükəsizliyin təmin olunması, fövqəladə hallar zaman davranış qaydaları izah edildi. Mövzular ətrafında təqdimat, müzakirələr və təcrübi məşğələlər baş tutdu. Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi