"Dəyərlərimizi qoruyaq" tədbirlər çərçivəsində məktəbimizin şagirdləri Qala qoruq muzeyində oldular
Martın18- də məktəbin 2 "B" və 8 "B" sinif şagirdləri Heydər Əliyev ili çərçivəsində "Dəyərlərimizi qoruyaq " adlı tədbirlərin davamı olaraq Qala qoruq muzeyində oldular. Burada onlar orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim yeraltı sərvətlərlə tanış olmuş, dulusçuluq, xalçaçılıq, dəmirçilik kimi sənət nümunələrini izləmişlər.