Məişət tullantılarından gözəlliklər yaradıldı
Fevralın 20-də 2 "B " sinif şagirdləri məişət tullantılarından istifafə edərək gözəlliklər yaratmişlar. Şagirdlərin əl işləri məktəb foyesində nümayiş etdirilmişdi. Məktəbimizin şagirdləri sudan istifadə yolları ,suyun əhəmiyyəti haqqında esseler yazmış,onlar plastik qablarlardan su qabıları , kartonlardan balaca evciklər düzəltmişlər. Şagirdlərə həm bərk məişət tullantıları haqqında həm də plastik qablardan istifadə yolları öyrədilmişdir.Texnologiya dərsində bu mövzunun davamı olaraq şagirdlər daim əl işləri göstərir, eyni zamanda məişət tullantılardan necə maraqlı əşyalar düzəltməyi öyrənirlər. Biologiya müəllimi Fikrətli Eteri qida təhlükəsizliyi haqqında şagirdlərə ətraflı məlumatlar verdi, mövzunun davamı olaraq şagirdlər rəsm işləri çəkmişlər.
Mövzunun davamı olaraq məktəb kitabxanasında " Qida təhlükəsizliyi " mövzusunda sərgi təşkil olundu. Məktəbin yuxarı sinif şagirdləri sağlam qida məhsulları ilə ətraflı tanış oldular.