Ekologiyamızı qoruyaq!
Artıq bir neçə gündür davam etməkdə olan ekoloji aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının dayandırılmasını, ekoloji fəsadların aradan qaldırılması üçün şərait yaradılmasını istəyirlər. Məsələnin kökü azərbaycanlı mütəxəssislərin “Qızılbulaq” və “Dəmirli” yataqlarının ekoloji monitorinqini keçirmək təşəbbüsünün qarşısının alınması ilə başlayıb. Bu aksiya dünya trendlərinə uyğundur. Dünyanın həssas yanaşdığı mövzulardan birinə−ekoloji tarazlığın qorunmasına həsr edilib. Bu baxımdan, bütün beynəlxalq standartlara uyğundur. Aksiya dinc şəkildə keçirilir.
Ekoloji aksiyaya vətəndaş həmrəyliyini nümayiş etdirmək naminə məktəbimizin biologiya müəllimi Fikrətli Eterinin təşəbbüsü ilə şagirdlər bu mövzuya münasibətini müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) olmaqla şüar, plakat hazırlayaraq bildirmişlər. Məqsəd Azərbaycanın sərvətlərinin qorunmasına çağırışdır.
Mövzunun davamı olaraq məktəb kitabxanasında " Qida təhlükəsizliyi " mövzusunda sərgi təşkil olundu. Məktəbin yuxarı sinif şagirdləri sağlam qida məhsulları ilə ətraflı tanış oldular.