Məktəbdə "Bahar çələngi" adlı açıq dərslər keçirildi
Martın 14-də məktəbdə 3 "B", 1 "A", 3 "C" sinifləri Novruz bayramını qeyd etdilər. Onlar tədbirlər planına əsasən Novruz bayramına aid şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Baharın gəlişinə dair video-çarxlar göstərilmiş, şagirdlər milli geyimdə, bayram adət və ənənələrindən danışmışlar. Mövzunun davamı olaraq məktəb kitabxanasında kitab sərgisi təşkil olunmuşdur.