Məktəbimizdə çərşənbələr qeyd olunur
Martın 1-də məktəbimizdə Novruzun birinci çərşənbəsi olan su çərşənbəsindən söhbət açılmışdır. Şagidlərə su çərşənbəsi haqqında məlumat verilmiş,sudan səmərəli istifadə yolları öyrədilmişdir. Məktəb foyesində Novruz adətləri, bayramın tarixi, ənənələri və" Bayramın qəhrəmanları " olan Kosa , Keçəl, Bahar qızı haqqında şagirdlərə məlumat verilmişdir. "Təbiət ilhama çağırır məni" adlı məlumat-informasiya guşəsi təşkil olunmuşdur.