“Bizim hüquqlarımız, bizim gələcəyimiz” adlı tədbir

Uşaqlar gələcəyin şəxsiyyətləridir. Onlar təlim-tərbiyə ocağında elm, bilik, təhsillə yanaşı hüquq, qanun və vəzifələrini də öynənirlər.
BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində Uşaq hüquqları konvensiyasında “Uşaq hüquqları” 54 maddədən ibarət qanun qəbul edilib. Azrəbaycan Respublikası müstəqillik qazandığı vaxtdan və BMT-yə üzv olduqdan sonra qəbul edilən bütün konvensiylara qoşulur və onların icrasına birmənalı şəkildə həyata keçirir.
Lisey də yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkilinə hər zaman diqqət mərkəzində saxlayır, onların tətil günlərinin mənalı, yadda qalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edir.
Bu günün önəmini xüsusi ilə vurğulamaq üçün “ Bizim hüquqlarımız, bizim gələcəyimiz“ adlı tədbir təşkil olunub. Tədbirdə liseyin 7 “C” sinif rəhbəri İbrahimova Kəmalə və liseyin xor kollketivinin bədii rəhbəri Məhərrəmi İranə iştirak ediblər.
Şagirdlər öz hazırladıqları ssenariyə əsasən həm tədbirdə təşkilatçı, həm də iştirakçı olublar. Yeddincilər bildirib ki, Ümummilli lider Heydər Əliyev daim uşaqlara diqqət və qayğı ilə yanaşıb, uşaqların hüquqlarının müdafiəçisi olub. Həmçinin Cənab Prezindet İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynadığı vurğulanıb.
Sonda şagirdlər xor kollektivi ilə birlikdə mahnılar səsləndirib, şeirlər ifa ediblər.