Liseydə "Can Azərbaycan" adlı tədbir keçirilib

Bu gün Texniki-Humanitar liseydə Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü dövlət siyasətinə, habelə Milli Ordumuzun Qarabağ torpaqlarının azadlığı uğrunda apardıqları mübarizəyə dəstək olaraq tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə liseyin direktoru Səidə Zeynalova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Bütün müəllim və şagird kollektivi əllərində bayraq və vətənpərvərlik mövzusunda şüarlar tutaraq Milli Ordumuzla fəxr etdiklərini bildirdilər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vəfa İsmayılova iştirak edirdi.Vətənpərvərlik ruhunda olan şüarlar,şagirdlərin söylədikləri şerlər və mahnılar Milli Ordumuzun qəhrəman əsgərləri şərəfinə söyləndi.Tədbirin sonunda Ali Baş Komandan möhtərəm prezidentimiz İlham Əliyevə müraciət məktubunun mətni oxundu. Tədbir “İgid Əsgər” marşı ilə sona çatdı.