Narkomaniyaya “Yox”deyək!

Ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən biri ümumi təhsil müəssisələrində narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri,doğurduğu fəsadlar barədə silsilə tədbirlərin  və görüşlərin həyata keçirilməsidir.

Belə görüşlərdən biri Məktəb Lisey Kompleksinin şagirdləri ilə akt zalında keçirildi.

Artıq silsilə xarakteri almış-açıq söhbət və dialoq xarakterli görüşdə Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı-Ruslan Hüseynov,RPİ-nin Veteranlarlar Şurasının sədri polis polkovniki-Eyvaz Nurməmmədov,DİN-nin mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı-Hafiz Təmirov,DİN-nin polis baş leytenantı-Ruslan Vəliyev,Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis kapitanı-Tural Əliyev və Yetkinlik yaşına çatmıyanlarla iş bölməsinin inspektoru polis kapitanı-Emin Zeynalov iştirak etdilər.

Şagirdlərimizlə belə ətraflı və maarifləndirici görüşlər və söhbətlər apardığınıza görə sizlərə təşəkkürümüzü bildiririk.

Pis vərdişlərdən uzaq,sağlam düşünən şagird-parlaq gələcək deməkdir!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi