HAQQIMIZDA

Məktəb,Lisey Kompleksi Nərimanov rayonu İcra Hakimiyyətinin 17.12.92-ci il tarixli 3408 №-li sərəncamı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.93-cü il tarixli 11/54 №-li əmrinə əsasən yaradılmış,Bakı şəhəri üzrə Təhsil idarəsinin 13may 2013-cü il tarixli 159 №-li əmrinə əsasən Məktəb, Lisey Kompleksi adlanır. Məktəb, Lisey Kompleksi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı üzrə işləyir. Məktəb, Lisey Kompleksinin pedaqoji kollektivi Azərbaycan Respublikası üçün layiqli vətəndaş yetirmə istiqamətində iş aparır. "İlin məktəbi" müsabiqəsində 2008-ci ildə qalib gəlib. Kompleksin 200 №- li tam orta məktəbi Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyır. 2005/2006-cı dərs ilindən başlayaraq kompleksdə inklüziv təhsil həyata keçirilir. Pedaqoji kollektiv "Məktəb uşağın dostudur" devizi altında işləyir. Hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır. 2012-ci ildə kompleksin bir binası təmir olunub. 2013-cü ildə kompleksdə daha bir tədris binası tikilib. Müəllimlərin sayı- 253. Onlardan 12-i müəllim Dövlət təltifləri və İlin müəllimi adını almış,10 nəfəri elmi dərəcəlidir, 1-i Elmlər Doktorudur. Məktəbdə təhsil alan şagirdlərin sayı- 3162 Kompleksin strukturu: 1. Məktəb bölməsi (6-17 yaş) Ümumi tədris planı ilə işləyən siniflər. 2. Lisey bölməsi (14-17 yaş) a) Riyaziyyat yönümlü siniflər b) Kimya-biologiya yönümlü siniflər. Kompleksdə tədris Azərbaycan və rus dillərindədir. Kompleksin siniflərində orta sıxlıq – 28 şagirddir. I sinfə qəbul olunanların ümumi sayının 57 %-i kompleksin ərazisindən kənardan gələnlər təşkil edir. Bu da kompleksə şagird axınının yüksək olduğunu göstərir. Kiçik yaşlarından müxtəlif sahələr üzrə xüsusi qabiliyyət göstərən uşaqlarla işin təşkilinə kompleksin psixoloqu nəzarət edir. Xüsusi ayrılmış jurnalda uşaqların fərdi xüsusiyyətləri haqqında psixoloq hər il qeydlər aparır. Pedaqoji kollektivin səyi nəticəsində bu sahədə 19 metodiki tövsiyə, dərs dinləmə cədvəlləri, uşaqların inkişaflarını izləyən şkala hazırlanıb,prolanq bank yaradılıb. Pedaqoji kollektivin tərəfindən hazırlanmış müxtəlif formal yoxlama işləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Hər ay keçirilən «dəyirmi masalar», müəllimlər üçün treninqlər, şagird elmi cəmiyyətinin hesabatları, “İnsan-təbiət”, İnsan-idman”, “İnsan-insan”, “İnsan-mədəniyyət” laboratoriyalarının bu və ya digər formada hesabatları şagirdlərlə işin səmərəli qurulmasına və təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdəndir. Kompleksin lisey bölməsində ixtisaslaşma riyaziyyat və kimya-biologiya üzrə aparılır. Bu siniflərə şagird-valideyn-direktorun ümumi rəyi nəzərə alınmaqla şagirdlər seçilir. Riyaziyyat yönümlü siniflər: Riyaziyyat yönümlü siniflərdə üstünlük təşkil edən fənlər riyaziyyat, fizika, coğrafiya, ana dili və ingilis dilidir. Bundan əlavə həmin siniflərdə informatikanın, Azərbaycan tarixinin tədrisinə xüsusi diqqət yetirilir. Kompleksin qabaqcıl müəllimlərinin Azərbaycan İqtisad Universitetinin əməkdaşları ilə birgə hazırladıqları proqramlar əsasında «Biznes etikası», «Marketinq», «Dünya iqtisadiyyatı» fənləri də tədris edilir.Əlavə dərs vəsaiti kimi "Tətbiqi iqtisadiyyat " kitablarından istifadə olunur. Kimya-biologiya yönümlü siniflər: Kimya-biologiya yönümlü siniflərdə üstünlük təşkil edən fənlər ana dili, kimya, biologiya, fizika, ingilis dilidir. Kimya-biologiya siniflərində tədris olunan xüsusi fənlər-“Azərbaycanın flora və faunası”, “Azərbaycanın dərman bitkiləri”dir.Həmin fənlərin proqramı kompleksin müəllimi X.Orucova tərəfindən tərtib edilib. Kompleksdə hər ay fənn aylığı keçirilir. Son 2 ildə kompleksi: - Qızıl medalla bitirənlər- 6 məzun. 600-dən yuxarı bal toplayanlar- 27 məzun Prezident təqaüdçüsü - 6 məzun Kompleksin 7 sinfi tam müasir elektron avadanlıqla təchiz olunub. Kompleksin müasir avadanlıqla təchiz edilmiş kimya, biologiya, fizika laboratoriyaları var. Kompleksdə 2004-cü ildən Heydər Əliyev muzeyi fəaliyyət göstərir.Muzey 1999 - cu il məzunları Naibə və Dilarə Həsənova bacılarının təşəbbüsü ilə yaradılmışdır.Muzey 2014 -cü il sentyabrın 17 -sində yeni inşa edilmış binaya köçürülmüşdür. Kompleksdə "Ədəbi salon", "Xor dərnəyi", "Teatr-studiya" fəaliyyət göstərir. Biologiya, riyaziyyat, tarix fənn metodbirləşmələri nəzdinində "Şagird elmi cəmiyyəti" fəaliyyət göstərir. Kompleksdə "İstedadların inklüziyası" layıhəsi aparılır. Kompleksin şagirdlərinin vətənimizin görkəmli şəxsiyyətləri ilə görüşləri mütəmadi keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi