Od çərşənbəsini qeyd edirik.

 

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını  başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. 
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar.  Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.

Məktəbimizin 4m sinif şagirdləri od çərşənbəsinə xüsusi hazırlaşmışdılar.Süfrə bəzəyi,xonçalar,milli arnamentləri özündə əks etdirən geyimlər hazırladıqları tədbirə bir başqa gözəllik qatırdı. 
Qoy bu çərşənbə axşamı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun! Od çərşənbəniz mübarək olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi