Novruz iməcliklərinə başladıq.
Məktəbimizin "Şagird Parlamenti"nin üzvlərinin gözəl təklifi ilə novruz iməcliklərinə start verdik.Şagirdlərimizdən belə təklif almaq ürəkaçan və xoş oldu.
Milli adət-ənənələrimizi özündə əks etdirən novruz bayramı,çərşənbələr,bayramöncəsi aparılan təmizlik işləri haqda sinif otaqlarında söhbətlər aparıldı.