“Məktəbim-məsuliyyətim”layihəsi.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Məktəb Lisey Kompleksində yeni "Məktəbim-Məsuliyyətim" adlı könüllülük layihəsinə start verdik. Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülşən Vahidova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Gülşən Zeynallı və psixoloq Günel Paşayeva şagirdlərlə görüşərək layihə haqqında məlumat verdilər, layihədə iştirak etmək istəyən şagirdlərin müraciətləri 16 fevral tarixinədək davam edəcək. 
Könüllülük – Əməksevərliyin, insansevərliyin dəyəridir. Unutmayın! Bu fəaliyyət növü yeganə fəaliyyət növüdür ki, gördüyünüz işin ağır və ya yüngül olmasına baxmayaraq bir adla adlandırılırsınız: – KÖNÜLLÜ!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi