Məktəbimizdə film günlərinə start veririk.

Təhsilalanların milli adət və ənənələrimiz ruhunda tərbiyəsi onları vətəndaş kimi tərbiyə etmək deməkdir. Gənc nəslin tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Əsas da yeniyetmələrin milli dəyərlərimizə və dövlətçiliyimizin xeyrinə vicdanla işləmələri, milli sərvətlərimizi layiqincə qoruyub saxlamaları deməkdir. Ona görə məktəblərdə  təhsilin humanistləşdirilməsi əsas prinsip kimi nəzərə alınmalıdır.Hər bir təhsil müəssisəsi bu gün təhsil və tərbiyə verərkən milli-mənəvi dəyərlərimizi aşılamalıdır. Məktəb Lisey Kompleksi olaraq düşündük ki, filmlərimizin bu istiqamətdə müsbət təsiri olacaq. Odur ki, Məktəb Lisey Kompleksində “Milli film günləri” nə start verilir. Hər həftənin sonuncu dərs günü , dərsdən sonra məktəbin akt zalında milli kinomuzun inciləri şagirdlərimizə nümayiş olunacaq. Birlikdə izələyəcəyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi