Həmkarlar İttifaqı Təşkilatının hesabat iclası.

12 fevral tarixində Məktəb Lisey Kompleksinin Həmkarlar İttifaqı Təşkilatının 2020-ci il fevral ayından 2024-cü il fevral ayına qədər olan dövrdə gördüyü işlər barədə hesabat xarakterli iclası keçirildi.İclasda məktəbin direktoru Esmira Quliyeva,təlim-tərbiyə işləri üzrə direktor müavini Gülşən Vahidova,Həmkarlar İttifaqı Təşkilatının sədri Samirə Hüseynova və pedoqoji heyət iştirak etdi.
Həmkarlar İttifaqı Təşkilatının sədri Samirə Hüseynova bu illər ərzində görülən işlərdən ibarət hesabat ilə çıxış etdi.Daha sonra müəllimlər Həmkarlar İttifaqı Təşkilatının işlərindən razılıqlarını bildirərək,öz təkliflərini irəli sürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi