“Qan yaddaşımız”-Qanlı yanvar gecəsi…

 

20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Hər il bu gün ölkəmiz və ölkəmiz hüdudlarından kənarda anılır.
Məktəb Lisey Kompleksi olaraq həm müəllim,həm də şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət edib,tariximizi yazan qəhrəmanlarımızı yad etdilər.Onlara həsr olunmuş rəsm əsərləri sərgiləndi.Şagirdlər 20 Yanvar Şəhidləri haqqında hazırladıqları təqdimatları,şeirləri,məqalələri təqdim etdilər.

İllər,əslər keçsə də sovet ordusunun güllələrinə qorxmadan,mərdliklə sinə gərən qəhrəmanlarımızı unutmayacayıq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi