Basketbol yarışından gələn medallarımız!

Milli Olimpiya  Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi Olimpiya Mədəniyyəti və Təhsil Proqramına (OCEP)daxil olan 8 məktəb arasında basketbol yarışı keçirilmişdir.Məktəb Lisey Kompleksinin 4 oğlan və 4 qızdan ibarət basketbolçuları da yarışa qatılmış,oğlanlar arasındakı yarışda məktəbimiz I yerə,qızlar arasındakı yarışda isə III yerə sahib olmuşlar.

Basketbolçu şagirdlərimizlə yarışdan sonra Məktəb Lisey Kompleksinin direktoru Esmira xanım Quliyeva görüşmüş,təbrik etmiş,onlarla qürur duyduğunu bildirmiş,bu cür idmansevər şagirdlər yetişdirdiyinə görə məktəbimizin fiziki tərbiyə müəllimi Rəqsanə Lətifovaya da təşəkkür bildirmişdir.

Məktəbimizin şagirdlərinin uğuru bizim qürurumuzdur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi