Narkomaniya və pis vərdişlərdən uzaq olaq!

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir.  

Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.

Məktəb dövrlərində yeniyetmələrin pis vərdişlərdən uzaq durmaları,bu kimi vərdişlərin onların həyatları üçün nə dərəcədə təhlükəli olduğunu çatdırmaq üçün,mütəmadi olaraq söhbətlər aparıb,maarifləndirmək üçün məktəbimizin psixoloqları da əllərindən gələni edirlər.Yuxarı sinif şagirdləri ilə bu mövzuda aparılan təqdirəlayiq görüşdə məktəbimizin psixoloqu şagirdlərlə narkomaniya və pis vərdişlərdən uzaq durmaq,dərslərdə intizamlı olmaq,nümunəvi vətəndaş kimi formalaşmaq haqqında geniş danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi