Dəyirmi-masa

Məktəbdə kitabxana müdiri Kəmalə Rüstəmovanın təşkilatçılığı ilə Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsindən olan hekayələrinin təhlili mövzusunda dəyirmi-masa keçirilib.

Öncə şagirdlərə XX əsr Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində özünəməxsus yeri olan nasir, dramaturq və maarifpərvər S.S.Axundov haqqında geniş məlumat verən Kəmalə xanım sənətkarın çoxcəhətli yaradıcılığı öz dövründə də, bu gün də gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, humanist keyfiyyətlər aşılanması baxımından əvəzsiz mənbə olduğunu bildirib.

Kəmalə Rüstəmova beş hekayədən ibarət olan “Qorxulu nağıllar” silsiləisndə qoyulan problemlərin bu gün də hamının diqqətini çəkdiyini və bu hekayələrdə (“Əhməd və Məleykə, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız” və “Əşrəf”) XX əsrin əvvəllərindəki azərbaycanlı ailələrinin yoxsul güzəranı, uşaqların faciəli həyatı, ictimai fəlakəti doğuran səbəblər qələmə alındığını da vurğulayıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi