Açıq dərs: “Təbiəti qoruyaq”

Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim övladlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır.

Bütün bunları nəzərə alaraq, məktəbin texnologiya müəllimi Sahibə Mahmudova tədris etdiyi 7A sinfində "Təbiəti qoruyaq" mövzusunda açıq dərs verib. Şagirdlərin diqqətini bu mövzuya çəkərək, onları məktəbin həyətyanı sahəsində yetişən ağac və bitki kolları ilə tanış edib, onlarla

maarifləndirici söhbətlər aparıb.

Aşıq dərz zamanı şagirdlər Vətənimizin təbiəti haqqında ətraflı və dolğun məlumatlar verib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi