NOVRUZ MİLLİ BAYRAMIMIZDIR

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.

Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Hamı tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə "Dəyərlərimizi qoruyaq!" adlı layihəsini əsas götürərək Novruz bayramına həsr olunmuş silsilə tədbirlər və “dəyirmi-masa” keçirildi. Məktəbimizin kitabxana müdiri Kəmalə Rüstəmova  9“B” sinif şagirdlərini dəyirmi-masa ətrafına toplayaraq, onlara milli bayramımız olan Novruz haqqında ətraflı söhbətlər etdi, şagirdləri maraqlandıran sualları cavablandırdı. Bununla yanaşı, məktəbin musiqi müəllimi Sevil Zeynalovanın, Uşaq birliyi rəhbəri Aynurə Nərimanovanın və dərnək rəhbəri Əbdüləli Abdullayevin təşkilatçılığı ilə akt zalında “Novruz milli bayramımızdır” adlı tədbir keçirildi. Şagird qızlarımız milli dəyərlərimizi əks etdirən Novruzun əsas adət-ənənələrini nümayiş etdirərək, milli paltarda “Haqışta” sədası ilə bayatılar və şeirlər söylədilər, rəqs etdilər. Bayramın əsas rəmzlərindən olan Keçəl və Kosanın gəlişi şənliyi daha da maraqlı etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi