1 MART MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

Tez-tez dərsliklərdə qarşımıza bele bir saullar çıxır: - Mülki müdafiə nədir? Mülki Müdafiə deyəndə nə başa düşürük? Fövqəladə hadisə nədir və fövqəladə hadisə zamanı nə etməliyik?

 Mülki Müdafiə insanın ətraf mühitində təhlükəsizliyinin və sağlamlığının qorunması haqqında elmdir.  O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı, insanın mühafizəsinin yollarını araşdırmalı, sülh və ya müharibə dövründə baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırılması haqqında tədbirlər sistemidir.  

Fövqəladə hadisə isə ətraf mühitə, insan səhhətinə ziyan vuran maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hadisə zamanı özünümüdafiə tədbirləri görmək lazımdır.

1 Mart Mülki Müdafiə günü ilə əlaqədar Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 6D, 5Ç və 2B sinifində sinif rəhbərləri Kifayət Hacıyevanın və Aysel Məmmədovanın təşkilatçılığı lə  Mülki Müdafiə gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları, özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi haqqında söhbət aparılıb videoçarxlar nümayiş olunub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi