NARKOMANİYA - BƏŞƏRİYYƏTİN BƏLASI

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da  “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. 

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin faciəsi”  adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə iştirak edən Binəqədi rayon Polis İdarəsinin IV Polis Şöbəsinin Rəis Müavini və Polis Mayoru Zaur Babazadə, Narkotiklərlə Mübarizə Bölməsinin Rəisi, Polis Kapitanı Eltun İsayev və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin İnspektoru Elxan Alıyev X və XI sinif şagirdləri ilə narkomaniya ilə bağlı maarifləndirici söhbətlər apardı. Şagirdlər onları maraqlandıran məsələlərə toxunaraq, suallarını verdilər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi