"BİZ BİR AİLƏYİK" ADLI GÖRÜŞ KEÇİRİLDİ

15.05.2025-ci il tarixində Nail Salamov adına 97 nömrəli məktəbdə "Ailəm və məktəbim" layihəsini rəhbər tutaraq məktəbin təşkilatçısı Dilarə Seyidovanın rəhbərliyi ilə "Biz bir ailəyik" adlı valideyinlərindən hər ikisini, yaxud birini itirmiş məktəbin şagirdləri üçün süfrə təqdim olundu. Tədbir 15 May Beynəlxalq Ailə Günü təşkil olundu. Məqsəd valideyin qayğısından məhrum olan şagirdlərimizə məktəb rəhbərliyi tərəfindən şəfqət, qayğı, sevgi göstərmək, yetişməkdə olan gənc nəsilləri mərhəmət ruhunda tərbiyə etməkdir.