İDMAN HƏFTƏSİ KEÇİRİLDİ

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi" nin 5.5.11- ci yarımbəndini 28 fevral 2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmrini rəhbər tutaraq 5 mart- İdman həftəsi ilə əlaqədar 4-11 mart tarixlərində Suraxanı rayonu Nail Salamov adına 97 nömrəli məktəbdə İdman həftəsi keçirildi.
İdman həftəsinin keçirilməsinə Məktəbin Uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Dilarə Seyidova, Fiziki tərbiyə fənn müəllimi Heydər Ağayev rəhbərlik edirdi.
İdman həftəsi boyu:
1.Sürətli qaçış
2.Voleybol yarışması
3.İdman viktorinası
4.Sağlam həyat tərzi, sağlam qidalar
5.İdman yarışması öncəsi psixoloji dəstək
6.İdman sahəsində uğuru olan məktəb məzunu ilə görüş
7.İdman və sağlamlığa dair esse müsabiqəsi.
8.Şən startlar və s.keçirildi.
Sonda Qaliblərə məktəb rəhbərliyi tərəfindən diplomlar verildi.