REPRODUKTİV SAĞLAMLIQLA BAĞLI GÖRÜŞ KEÇİRİLDİ.

10 mart 2025-ci il tarixində 9-cu siniflərdə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda məşğələ keçiildi. Bildirildi ki, sağlamlıq insanın fiziki, ruhi və sosial rifah halıdır. Reproduktiv sağlamlıq isə ümumi sağlamlığın vacib tərkib hissəsidir və reproduktiv sistemin normal fəaliyyət göstərməsidir. Reproduktiv sağlamlıq, onun quruluşu haqqında şagirdlərə ətraflı məlumat verildi. Mövzu şagirdlərin də iştirakı ilə müzakirə edildi. Şagirdlərə cavablandırmaları üçün mövzuyla bağlı anonim sorğular təqdim olundu. Məşğələ zamanı şagirdlər reproduktiv sağlamlıq, qadın və kişi orqanizminin xüsusiyyətləri haqqında lazımi qədər informasiya əldə etdilər.