11-Cİ SİNİFLƏRDƏ İMTAHAN HƏYƏCANININ ÖLÇÜLMƏSİ

03.03.2025-ci il tarixində məktəbin psixoloqu Uğurluyeva Məhbubənin təşkilatçılığı ilə məktəbin 11-ci siniflərində imtahan həyəcanının ölçülməsi məqsədilə anket sorğusu keçirildi. Daha sonra stressin yaranma səbəbləri, onun aradan qaldırılması yolları haqqında şagirdlərə ətraflı məlumat verildi. Onlara stress səviyyəsini azaltmaq, onu kontrol altında saxlamaq və imtahanda daha yüksək nəticə əldə etmək üçün müxtəlif texnikalar öyrədildi. Tövsiyələr verildi.