ŞƏHİD NAİL SALAMOVUN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ

21.02.2025- ci il tarixində Nail Salamov adına 97 nömrəli məktəbdə 1996-cı il 25 iyun Bakı Şəhər İcra Hskimiyyətinin 1004 saylı sərəncamı ilə 97 nömrəli məktəbə adı verilmiş şəhid Nail Salamovun doğum günü münasibəti ilə "Qəhrəmanlar unudulmur" başlıqlı tədbir keçirildi.Tədbiri məktəbin təşkilatçısı Dilarə Seyidova, Hərbi rəhbər Tahir Hüseyinov, UBTR Nərminə İsmayılova təşkil etdilər.Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Mürsəl Kazımov, şəhidin ailə üzvləri, məktəbin az təminatlı ailələrinin şagirdləri iştirak edirdi. Tədbirdə videoçarx izləndi, Nail Salamov haqqında xatirələr danışlıdı. Vətən şəhidləri ayaqda alqışlandı. Aztəminatlı ailələrin şagirdlərinə süfrə təqdim edildi.
Vətən şəhidləri unudulmur, nəsillərdən-nəsillərə onların qəhrəmanlıq səlnaməsi miras olaraq ötürülür.