"ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK" ADLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

  18.92.2025- ci il tarixində "Zərərli vərdişlərə yox deyək" başlığı altında maarifləndirici tədbir keçirildi.Tədbirdə Suraxanı Rayon Polis Idarəsi rəisinin müavini polis polkovnik Surxay Vəliyev, həmin idarənin Yeniyetmələrlə iş üzrə bölməsinin rəisi Əfqan Ağayev, polis kapitanı İlahə Balayeva, digər əməkdaşlar və Suraxaıl Rayonu İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət üzrə şöbə  müdiri Sevinc Ağayeva iştirak etdi.

  Tədbir  məktəbin direktor səlahiyyətlərini müvəqqəri icra edən Mürsəl Kazımov, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Dilarə Seyidova, UBTR Nərminə İsmayılovanın təşkilatçılığı ilə keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən şəhidlərinin və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda mahnı səsləndi. Eyni zamanda şagirdlər bütün zərərli vərdişlərə yox deyərək poster, şəkillər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi