MEMORİAL SOYQIRIM MUZEYİNƏ EKSKURSİYA TƏŞKİL OLUNDU

  14.02.2025- ci il tarixində Nail Salamov adına 97 nömrəli məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Dilarə Seyidova və məktəbin hərbi rəhbəri Tahir Hüseynovun rəhbərliyi ilə 7 və 8- ci sinif şagirdləri Respublika Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım Muzeyinə ekskursiya etdilər.

Şagirdlər muzeydə 33 il öncə 366-cı rus motoatıcı alayının və erməni quldur dəstələrinin (1992-ci il 25-dən 26-na keçən gecə) XX əsrin ən böyük faciəsi olan, insanlıq adına ləkə salan Xocalı faciəsini, erməni vandalizmini əks etdirən fotoşəkillər, sənədlərlə tanış oldular. Qarlı- boranlı qış gecəsində meşədə düşmən pusqusuna düşən həmvətənlərimizin geyim əşyaları  şagirdlərdə dərin təəssürat, düşmənə nifrət , vətənə məhəbbət hissi yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi