BAKI UŞAQ VƏ GƏNCLƏR TEATRI MƏKTƏBİMİZİN QONAĞI OLDU.

06.02.2025-ci il tarixində Bakı Uşaq və Gənclər Teatrı Nail Salamov adına 97 nömrəli tam orta məktəbin qonağı oldular. İstedadlı aktyor truppası icma, məktəbəhazırlıq, ibtidai sinif şagirdlərinə "Fidan və qoğal" tamaşasını göstərdilər. Şagirdlər böyük coşqu ilə tamaşanı izlədilər.
Şagirdlərə təqdim olunan tamaşa "Aidin" şirkətinin rəhbəri Elşən Məmmədovun sponsorluğu ilə təşkil olundu. Onu da qeyd edək ki, Elşən Məmmədov vaxtaşırı olaraq məktəbdə tədbirlərin keçirilməsinə öz dəstəyini göstərir.