NAXÇIVANIN TARİXİ,COĞRAFİYASI,MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINA DAİR SEMİNAR-TƏDBİR KEÇİRİLDİ.

25.12.2024- cü il tarixində Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2023- cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək ümumitəhsil müəssisələrində keçirilən "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində məktəbin EKO kabinetində Təşkilatçı D.Seyidova, dil-ədəbiyyat fənn müəllimi Ş.Kərimova, coğrafiya fənn müəllimi S.Teymurovanın rəhbərliyi ilə Naxcıvan Muxtar Respublikasının tarixinə, coğrafiyasına, bu diyarın yetişdirdiyi böyük ədiblərin yaradacılığına dair maraqlı faktlar, fikirlər söyləndi. Naxçıvan Muxtar Respublikasının memarlıq abidələrindən söhbət açıldı, videoçarx göstərildi. Eyni zamanda seminar- tədbirdə inteqrasiyalı şəkildə məktəbin rəsm dərnəyinin şagirdlərinin çəkdikləri Naxcçvanın füsunkar təbiətinin, memarlıq abidələrinin rəsimlərinin sərgisi də nümayiş olundu.