MƏKTƏB AİLƏ İCMA BİRLİYİ TƏRƏFİNDƏN TƏLİM KEÇİRİLDİ

Məktəb Ailə İcma Birliyi tərəfindən keçirilən təlimin 3-cü günü 97 nömrəli tam orta məktəbdə baş tutdu. Təlim "Nağıl terapiyası", "Xəyali qəhrəmanımızı yaradaq" və "Mənim ən güclü qəhrəmanım isə övladımdır!" mövzuları ətrafında valideynlər və şagirdlər arasında keçirildi. Xatırladırıq ki, Bakı şəhəri, Suraxanı rayonu 97 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olundu. Təqdimat zamanı 97 nömrəli məktəbin direktor müavini Mürsəl Kazımov çıxış etdi.Təlim Ülviyyə Nağıyeva tərəfindən icra edildi. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi