"BİRİNCİ SİNİF ŞAGİRDLƏRİNİN MƏKTƏBƏ ADAPTASİYASI" ADLI SEMİNAR

28 oktyabr 2024-cü il tarixində 97 nömrəli tam orta məktəbdə “Birinci sinif şagirdlərinin məktəbə adaptasiyası” mövzusunda valideynlər üçün seminar təşkil olundu. Seminarda çıxış edən məktəbin psixoloqu Məhbubə Uğurluyeva kiçik məktəblilərin yaş xüsusiyyətləri haqqında valideynlərə ətraflı məlumat verdikdən sonra adaptasiya prosesinin mərhələlərindən və çətinliklərindən bəhs etdi. Şagirdlərin bu prosesi rahat keçə bilmələri üçün valideynlərə tövsiyələr verildi, onlara yaddaş blankı paylanıldı. Daha sonra valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi