"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ" İLƏ BAĞLI DƏYİRMİ MASA

   Nail Salamov adına 97 nömrəli məktəbin təşkilatçısı Dilarə Seyidovanın rəhbərliyi ilə 17.10.2024- cü il tarixində  Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı dəyirmi masa təşkil olundu. Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Mürsəl Kazımov, məktəbin UBTR- i Nərminə İsmayılova, məktəbin kitabxanaçısı Kəmalə Əliyeva, coğrafiya fənn müəllimi Simayə Teymurova iştirak etdi.
   Keçirilən dəyirmi masada  təşkilatçı Dilarə Seyidova ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023- cü ildə verdiyi məlum sərəncamı ilə bağlı görülən işlərdən, qarşıya qoyulan hədəflərdən, eyni zamanda Cop 29-a Respublikamızın ev sahibliyi etməsindən danışdı.
   Məktəbin rəhbəri Mürsəl Kazımov , coğrafiya fənn müəllimi Simayə Teymurova, Kitabxanaçı Kəmalə Əliyeva dəyirmi masada iştirak edən 9- cu sinif şagirdlərinə maraqlı və gərəkli məlumatlar verdilər.Dəyirmi masada fikir mübadiləsi aparıldı, şagirdlərin rəyləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi