SAHƏ HƏKİMİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ.
Nail Salamov adına 97 nömrəli məktəbdə 1 nömrəli BUX- nın sahə həkimi Cahangirova Arzu xanımın iştirakı ilə « Yeniyetmələr arasında nevrozun yaranma səbəbləri» başlığı altında görüş keçirildi. Tədbirdə məktəbin tibb bacısı Nailə Ağayeva, təşkilatçı Dilarə Seyidova, UBTR Nərminə İsmayılova da iştirak edirdi. Həkim nevrozun səbəbləri haqqında söhbət açdı. Təşkilatçı Dilarə Seyidova məktəblilər arasında nevroloji gərginliyin aradan qaldırılması, sosial fərqlər, genetik səbəblər olmadan təhsil müəssiəsi tərəfində eyni qayğıyla yanaşılmasından söhbət açdı. Bunun da şagirdlərdə yaranacaq fobiyaların qarşısını almağa qismən də olsa köməklik göstərəcəyini vurğuladı. Şagirdlər həkimə onları maraqlandıran suallar ünvanladılar.