"ERKƏN NİKAHIN FƏSADLARI" ADLI MƏŞĞƏLƏ KEÇİRİLDİ.

8 aprel 2024-cü il tarixdə 97 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri ilə "Erkən nikahın fəsadları" adlı məşğələ keçirildi. Erkən nikah  anlayışı şagirdlərə ətraflı izah olundu. Bildirildi ki, 18 yaşadək şəxslə bağlanmış nikah erkən nikah hesab olunur. Onun doğurdugu fiziki, psixoloji və maddi problemlər haqda şagirdlərlə fikir mübadiləsi aparıldı. Ailənin reproduktiv, təsərrüfat -iqtisadi, tərbiyə və bərpaedici funksiyaları barədə şagirdlərə ətraflı məlumat verildi. Daha sonra şagirdlər mövzu ilə baglı araşdırma materialı ilə tanış oldular. Sonra material şagirdlərlə bərabər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi