"YENİYETMƏLƏRİN SİRLƏRİ" MÖVZUSUNDA MƏŞĞƏLƏ KEÇİRİLDİ.

1 aprel 2024-cü il tarixdə 97 nömrəli tam orta məktəbin 9-cu siniflərinin qız şagirdlər ilə "Yeniyetmələrin sirləri" mövzusunda məşğələ keçirildi. Biologiya müəllimi İ.Abbasova qızların cinsi yetişkinlik dövründə onlarda baş verən anatomik və fizioloji dəyişiklikləri şərh etdi. Şəxsi və intim gigiyena vərdişləri, sağlam qidalanma haqqında ətraflı məlumat verdi. Daha sonra məktəbin psixoloqu M.Uğurluyeva bu yaş dövründəki anatomik və fizioloji dəyişikliklərin qızların psixoloji inkişaf prosesi ilə qarşılıqlı əlaqəsindən danışdı. Məşğələ diskussiya şəklində keçdi, şagirdlərin aktiv iştirakı təmin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi