VALİDEYN İCLASI KEÇİRİLDİ

01.04.2024-cü ildə 9-11-ci sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasda direktor səlahiyyətlərini müvəqqəti icra edən Hüseynov Tahir, təlim-tərbiyə işləri üzrə direktor müavini Haqverdiyeva Fəridə, psixoloq Uğurluyeva Məhbubə, sinif rəhbərləri iştirak etdilər. İclasda şagirdlərin dərsə davamiyyəti və geyimləri müzakirə olundu. Çıxış edən valideynlər sagirdlərin dərsə davamiyyətinə xüsusi diqqət yetirəcəklərinə söz verdilər. Daha sonra valideynlər "Reproduktiv sağlamlıq" mövzusu ilə bağlı şagirdlərlə keçiriləcək mövzularla tanış edildi. I yarımildə şagirdlərlə bu mövzuda aparılan maariflənmə işinin nəticələri haqqında valideynlərin geri dönüşləri dinlənildi. Onlar aparılan işlərin övladları ilə münasibətlərinə, onların məlumatlıq səviyyəsinin artmasına böyük tövhə verdiyini bildirdilər və bu məşğələlərin davamlı olmasını dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi