"REPRODUKTİV SAĞLAMLIQ NƏDİR" MÖVZUSUDA MƏŞĞƏLƏ KEÇİRİLDİ.
5 mart 2024-cü il tarixdə 97 nömrəli tam orta məktəbin 9-cu sinifləri ilə “Reproduktiv sağlamlıq nədir” mövzusunda məşğələ keçirildi. Mövzunu məktəbin psixoloqu M.Uğurluyeva və bədən tərbiyəsi müəllimi H.Ağayev tədris etdi. Əvvəlcə şagirdlərə sağlamlığa tərif vermələri təklif olundu. Hər kəs öz tərifini səsləndirib özünə uyğun şəkildə əsaslandırdı. Reproduktiv sağlamlıq, reproduktiv sistem haqda şagirdlərin fikirləri dinlənildi, müəllimlər də öz əlavələrini etdilər. Daha sonra reproduktiv sağlamlıq mövzusu ilə bağlı suallardan ibarət anonim sorğu şagirdlərə təqdim olundu. Onlar müstəqil şəkildə sorğunu cavablandırdıqdan sonra mövzu ilə bağlı fikir mübadiləsi davam etdirildi. Məşğələdə şagirdlər reproduktiv sağlamlıq, qadın və kişi orqanizminin xüsusiyyətləri haqda ətraflı məlumat əldə etdilər.