"ZƏRƏRLİ VƏRDİŞLƏR:SİQARETÇƏKMƏ" MÖVZUSUNDA MƏŞĞƏLƏ KEÇİRİLDİ

4 mart 2024-cü il tarixdə 97 nömrəli tam orta məktəbin 8-ci sinif şagirləri ilə “Zərərli vərdişlər:Siqaretçəkmə” mövzusunda məşğələ keçirildi. Məşğələ mövzusunu şagirdlərə məktəbin psixoloqu M.Uğurluyeva və bədən tərbiyəsi müəllimi H.Ağayev tədris etdi. Məşğələnin əvvəlində şagirdlərə  “Zərərli maddələr dedikdə ağlınıza nə gəlir? Zərərli vərdişlər ifadəsi nəyi nəzərdə tutur?” kimi suallarla müraciət edildi. Onlarla suallar ətrafında fikir mübadiləsi aparıldı. Hər şagird bu haqda öz fikirlərini auditoriya ilə bölüşdü. Daha sonra siqaretçəkmənin sağlamlığa zərərləri haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlərlə birgə müxtəlif situasiyalar nəzərdən keçirilərək  təhlükəsiz davranış modellərini araşdırıldı. Məşğələdə bütün şagirdlərin aktiv iştirakı təmin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi