"DAVRANIŞ VƏ QƏRARLARIMIZIN GƏLƏCƏYİMİZƏ TƏSİRİ" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT

21 fevral 2024-cü il tarixdə 97 nömrəli tam orta məktəbin psixoloqu M.Uğurluyeva 9A sinif şagirdləri ilə  “Davranış və qərarlarımızın gələcəyimizə təsiri” mövzusunda maarifləndirici söhbət apardı. Bildirdi ki, hər yaş dövrünün öz tələbləri var. Yeniyetməlik yaşı bizim kişi və qadın kimi formalaşmağımız üçün mərhələdir. Bu dövrdə etdiyimiz səhvər, səhvlərimizdən çıxardığımız nəticələr, verdiyimiz qərarlar sonrakı yaş dövrlərində yaşayacağımız həyatın axışına, quracağımız şəxsiyyətlərarası münasibətlərə, qarşımıza qoyduğumuz hədəflərə, görəcəyimiz işlərin effektivliyinə çox mühüm təsir göstərir. Ona görə də özümüzə və başqalarına qarşı məsuliyyətli olmalı, sağlam şəxsi sərhədlər formalaşdırmalıyıq ki, sağlam yetişkin olaraq cəmiyyətə atıla bilək. Daha sonra şagirdlərin ailədaxili ünsiyyətinin özləri və cəmiyyətlə olan ünsiyyət və münasibətinə göstərdiyi təsirlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi