UŞAQ BİRLİYİ TƏŞKİLATININ İCLASI KEÇİRİLDİ

15.02.2024 tarixində 97 nömrəli məktəbin Uşaq Birliyi Təşkilatında iclas keçirildi. Dərsə davamiyyət və siniflərdə baş verən neqativ hallar müzakirə olundu. Praktik psixoloq, təşkilatçı və UBTR öz tövsiyələrini verdi. Məktəbin təşkilatçısı D.Seyidova yarımil ərzində dərsə davamiyyətin vəziyyətindən və bu istiqamətdə görülməli işlərdən danışdı. Daha sonra Uşaq Birliyi Təşkılatı Rəhbəri N.İsmayılova UBT-na üzv olan şagirdlərə siniflərdə baş verən neqativ halların yaranmasının qarşısını almaq məqsədilə tövsiyələr verdi. Məktəbin psixoloqu M.Uğurluyeva qeyd etdi ki, şagirdlər digər sinif yoldaşları tərəfindən neqativ davranışa məruz qalırsa, o şagirdlərə dəstək olmaq məqsədilə məktəbin rəhbər işçilərinə dərhal məlumat vermək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi