"VƏTƏN MƏNƏ OĞUL DESƏ,NƏ DƏRDİM?" ADLI TƏDBİR KEÇİRİLDİ

   Suraxanı rayonu Nail Salamov adına 97 nömrəli tam orta məktəbdə 19 fevral 2024-cü ildə məktəbin təşkilatçısı Dilarə Seyidovanın rəhbərliyi ilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində "Vətən mənə oğul desə, nə dərdim..." başlığı altında yuxarı sinif şagirdləri ilə tədbir keçirildi. Şagirdlər ilk öncə təşkilatçı Dilarə Seyidovanın təşəbbüsü ilə yaradılan, Suraxanı rayonu üzrə 1-ci və 2-ci Vətən Müharibəsi şəhidlərinin şəkillərindən ibarət olan “Şəhid lövhəsi”nin önündə şəhidlərin qəhrəmanlıqlarını yada salıb, onları ehtiramla andılar.

   Tədbirdə çıxış edən məktəbin təşkilatçısı Dilarə Seyidova dedi: “Vətən doğulub boya-başa çatdığımız kənddən, qəsəbədən, anamızın laylasından, oxuduğumuz məktəbdən, sərhəddən başlayır.  300 mindən çox şəhidin qanı ilə suvarılan Qarabağ adlı məmləkətdir Vətən. Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin sərkərdəlik məharətindən , Vətəni Azərbaycana olan sevgisindən, dünyaya ucalan haqq səsindən başlayır Vətən!”

Tədbirdə eyni zamanda  məktəbin hərbi rəhbəri Tahir Hüseynov çıxış edərək, Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi qələbələrdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi