"MÜASİR GƏNCLƏR NECƏ OLMALIDIR?" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ.

Şagirdlərin milli köklərimizə bağlılıq, hərbi vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması ümumtəhsil məktəblərinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu məqsədlə 15 fevral 2024-cü il tarixdə "Müasir gənclər necə olmalıdır?" mövzusunda seminar keçirildi". UBTR çıxış edərək bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi öz Vətəninə məhəbbət, vətəndaş məsuliyyətinin, hər an Vətənin və xalqın müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Daha sonra məktəbin psixoloqu insanın nümayəndəsi olduğu millətə, yaşadığı coğrafi məkana bəslədiyi aidiyyat duyğusunun, ailəsinə, nəslinə, millətinə, vətəninə bəslədiyi sevginin insanı mənəvi baxımdan nə qədər gücləndirdiyini və bu gücün onun həyatda irəliləməsi, hədəflərinə çatması istiqamətində necə vacib rol oynadığı haqda danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi