"HİSSLƏRİMİZİ İFADƏ ETMƏYİ ÖYRƏNİRİK" MÖVZUSUNDA PSİXOLOJİ-MAARİFLƏNDİRİCİ SÖHBƏT

Məktəbin psixoloqu Məhbubə Uğurluyeva 6 fevral 3A və 4A siniflərində, 14 fevral 2A sinfində “Hisslərimizi ifadə etməyi öyrənirik” mövzusunda psixoloji maarifləndirici söhbət apardı. Uşaqlara hisslər haqqında məlumat verildi. Düşüncə, duyğu, davranış üçbucağı, onlar arasındakı əlaqə şagirdlərə izah etdildi.  Sonra hər bir şagird keçirdikləri sevinc, kədər, aqressiya, qəzəb hissini hansı səviyyədə yaşadıqlarını dilə gətirdilər.Söhbət müddətində ciddi gərginlik yaşayan, hisslərini olduğu kimi yaşamaqda və ifadə etməkdə çətinlik çəkən şagirdlərə prosesi rahat keçirə bilmələri üçün lazımi tövsiyələr verildi. Həmin şagirdlərin emosional vəziyyətini təhlil etmək və şagirdlə yanaşı həm də valideynə dəstək vermək məqsədilə sinif rəhbərindən uşaqların valideynlərinin konsultasiyaya cəlb edilmələrini təmin etməsi xahiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi